İri həcmli blokların növləri və onlardan tikilə bilən binaların konstruktiv sxemləri

İnşaat imkanları

«B Blok» Həcmli elementlərdən  hündür yaşayış binalarının, mehmanxanaların və villaların ofis binalarında, digər binaların tikintisi üçün istifadə oluna bilər.

İri həcmli bloklar zavodda istehsal olunurlar. Bunlar ayrı bir otaq və ya mənzil kompleksinin bir hissəsindən ibarət ola bilərlər.

Zavodda blokların istehsalı zamanı otaqlar təhvilə hazır vəziyyətə gətirilir. Daxili və fasad  bəzədilməsi, pəncərə və qapıların quraşdırılması, elekritk kabelərinin, sanitar qurğuların və boru kəmərlərinin quraşdırılması işləri yerinə yetirilə bilər.

İri həcmli blokların növləri

Dizaynına və görünüşünə görə iri həcmli «BBlok»-ları aşağıdakı qruplara bölmək olar:

Dörd tərəfli monolit divarları və tavanı olan, lakin döşəməsiz
Tavan ilə, lakin bir və ya bir neçə divar olmadan. Böyük bir sahə əldə etmək üçün «B Blok» döşəmə sistemiylə istifadə etmək olar
Masa tipli bloklar. Bu tip blok daha çox stola bənzəyir, o, sütunlardan və çarpazdan ibarətdir. Bu, ondan sabit qəlib kimi istifadə etməyə imkan verir.

Konstruktiv sxemlər

İri həcmli blokların xüsüsiyyətı

İri həcmli «BBlok»-ları  monolitlyini əldə edmək üçün xüsusi qəliblərdə formalaşdırılır. Bu halda bloklar monolit quruluşa xas olan sərtliyinə malik olurlar.

Qəlibləmə zamani İri həcmli «BBlok»-larının konstruktivliyini və yükdaşıma qabiliyyətini artırmaq üçün sütunlar və çarpazlar nəzərdə tutulurlar.

İstilik və küy izolyasiya xüsusiyyətlərini artırmaq üçün blokun xarici divarları 3 təbəqədən hazırlanır. Blokun bayır divarları dəmir betondan ibarətdir, orta təbəqəni yaratmaq üçün Penoplast EPS M25 və ya 30 istifadə olunur.

Memarlıq və Dizayn

Evlərin və mənzilərin planirovkasının hazırlanması

Evin və ya mənzilin tələb olunan otaqların sayı, erqonomik mətbəx və rahat qonaq otağı, yataq  və uşaq  otağı əldə etmək ücün müxtəlif növ blokları birləşdirməklə və blokların içərisində daxili arakəsmələr tikərək özünüzə uyğun ideal planirovka yarada bilərsiniz

 

İstəklərinizi nəzərə alaraq sizə uyğun erqonomik planirovka yaratmağa kömək edə bilərik

Logistika

Həcmli bloklar betondan hazırlanırlar. Binanın qurulmasında mühüm amillərdən biri həcmli blokların  daşınması, qaldırılması və yerinə quraşdırılmasıdır. Həcmli blokların maksimum çəkisi layihələndirmənin erkən mərhələsində idarə olunur.

 

Həcmli blokların rahat daşınması və yerinə təhlükəsiz şəkildə quraşdırılması üçün «B Blok» iri Həcmli bloklar optimal ölçüdə yaradılmışlar