«B BLOK» DÖŞƏMƏ SİSTEMİ
«B BLOK» DÖŞƏMƏ QƏLIBINƏN YIĞMA-MONOLIT SISTEMI

«B BLOK» döşəmə sabit qəlib sistemi olaraq bahalı monolit plitələrinə və standart mərtəbələr arası monolit döşəmə qəlib konstruksiya sisteminə alternativ texnologiyadır.

«B BLOK» Döşəmə Qəlibin Elementləri

«B BLOK» döşəmə sistemi aşağıdakı əsas elementlərdən ibarətdir:

  • məsaməli beton bloklardan

  • dəmir-beton tirlərdən

  • armatur tordan.

«B BLOK»  Tirləri daşıyıcı divarların üzərinə (və ya digər dayaqlara) quraşdırılır. Tirlərin aralığı «B Blok» döşəmə blokarın ölçüləri ilə müəyyən edilir. Tirlərin arasına bloklar yerləşdirilir və sonra blokların üstünə armatur toru quraşdırılır. Bundan sonra sıxılma üzrə möhkəmlik sinfi B20 markadən aşağı olmayan xırda fraksiyalı çınqıldan betonla doldurulma baş verir.

 DÖŞƏMƏ BLOKU
DƏMIR-BETON TIRI

«B Blok» Döşəmə Qəlibin Tətbiq Sahəsi

«B BLOK» döşəmə sistemi yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi üçün unikal həll yoludur, çünki o, qənaətcil və əziyyətsiz tikinti prosesini təmin edir

Böyük bir sahə əldə etmək üçün «B Blok» döşəmə sistemi İri həcmli bloklardan istifadə etmək olar

«B BLOK» Döşəmə Qəlibin Üstünlüyü

Yünqüllük. Digər monolit döşəmələrin növləri ilə müqayisədə «B Blok» döşəmə ən azı 30% daha az çəkiyə malikdir.      

Qənaətli. «B Blok» döşəmə qəlib sistemi bütün materialları və əmək xərclərini nəzərə alaraq ənənəvi monolit plitələrdən və qəlib konstruksiyalardan 25-30% ucuzdur. Kontrplak/dikt, mismarlar, taxta tirlər və s. və möhkəmləndirmə işləri kimi qəlib tikintisi üçün sərf olunan materialların minimuma endirilməsi.

Smeta xərcləri;  «B Blok» döşəmə qəlib sistemindən istifadə etməklə mərtəbələr arası monolit döşəmə betonuna və armatur xərclərinə 40-50 % qənaət emək olar.  Kontrplak/dikt, mismarlar, taxta tirlər və s. və möhkəmləndirmə işləri kimi qəlib tikintisi üçün sərf olunan materialların minimuma endirilməsi.

Sürət və asanlığ. «B Blok» döşəmə sisteminin  quraşdırılması sadədir və ixtisaslı işçilər tələb etmir. İki fəhlənin köməyi ilə 100 – 200 m/2 «B Blok» döşəmə qəlibin  quraşdırmaq olar.

«B BLOK» Döşəmə Qəlibin Texniki Xüsusiyyətlər

Texniki xüsusiyyətlər
  • Tirlərin aralığı (blokların ölçüsü ilə müəyyən edilir)
  • Tirlərin uzunluğu 0,95-dən 8 m-ə qədər
  • Beton markasi – В20/25
  • Yük daşıyıcı divarlardakı tirlərin dayaqlanma dərinliyi 80 mm-dən az olmamalıdır.
  • 1m2 üçün 5 ədəd döşəmə bloku tələb olunur
  • 1 m2 mərtəbə arası beton sərfi – 0,07-0,09 m3
  • Döşəmə blokun öcüləri 560x400x160 mm
  • Döşəmə blokun cəkisi – 7 kq
  • 1 metr beton tirlərin cəkisi 17 kq
  • 1 m2 mərtəbənin arasının çəkisi- 269-284 kq
  • Oda davamlılığı- 2 saat
  • Səs udma əmsalı- 50 db
  • Termal müqavimət əmsalı – 0,37 m2 K/W