«B BLOK» döşəmə sabit qəlib sistemi olaraq bahalı monolit plitələrinə və standart mərtəbələr arası monolit döşəmə qəlib konstruksiya sisteminə alternativ texnologiyadır.
«B BLOK» döşəmə sistemi aşağıdakı əsas elementlərdən ibarətdir:
məsaməli beton bloklardan
dəmir-beton tirlərdən
armatur tordan.
«B BLOK» Tirləri daşıyıcı divarların üzərinə (və ya digər dayaqlara) quraşdırılır. Tirlərin aralığı «B Blok» döşəmə blokarın ölçüləri ilə müəyyən edilir. Tirlərin arasına bloklar yerləşdirilir və sonra blokların üstünə armatur toru quraşdırılır. Bundan sonra sıxılma üzrə möhkəmlik sinfi B20 markadən aşağı olmayan xırda fraksiyalı çınqıldan betonla doldurulma baş verir.
«B BLOK» döşəmə sistemi yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi üçün unikal həll yoludur, çünki o, qənaətcil və əziyyətsiz tikinti prosesini təmin edir
Böyük bir sahə əldə etmək üçün «B Blok» döşəmə sistemi İri həcmli bloklardan istifadə etmək olar
Yünqüllük. Digər monolit döşəmələrin növləri ilə müqayisədə «B Blok» döşəmə ən azı 30% daha az çəkiyə malikdir.
Qənaətli. «B Blok» döşəmə qəlib sistemi bütün materialları və əmək xərclərini nəzərə alaraq ənənəvi monolit plitələrdən və qəlib konstruksiyalardan 25-30% ucuzdur. Kontrplak/dikt, mismarlar, taxta tirlər və s. və möhkəmləndirmə işləri kimi qəlib tikintisi üçün sərf olunan materialların minimuma endirilməsi.
Smeta xərcləri; «B Blok» döşəmə qəlib sistemindən istifadə etməklə mərtəbələr arası monolit döşəmə betonuna və armatur xərclərinə 40-50 % qənaət emək olar. Kontrplak/dikt, mismarlar, taxta tirlər və s. və möhkəmləndirmə işləri kimi qəlib tikintisi üçün sərf olunan materialların minimuma endirilməsi.
Sürət və asanlığ. «B Blok» döşəmə sisteminin quraşdırılması sadədir və ixtisaslı işçilər tələb etmir. İki fəhlənin köməyi ilə 100 – 200 m/2 «B Blok» döşəmə qəlibin quraşdırmaq olar.